Akkreditasiya
BMBM ASC WASC akkreditasiya təşkilatının qarşıya qoyduğu prinsiplər və tələbləri müvəffəqiyyətlə yerinə yetirərək yüksək nailiyyət nəticəsində WASC akkreditasiyasını əldə etmişdir.
Bakı Modern Beynəlxalq Məktəbi (BMBM) 30 iyun 2024-cü ilə qədər 0-11-ci siniflər üzrə tam akkreditasiya almışdır! Akkreditasiya akkreditə edən agentlik tərəfindən müəssisənin müəyyən edilmiş təhsil standartlarına uyğun təhsil verdiyini təsdiq edir. BMBM Azərbaycanda 0-11-ci siniflər üzrə tam akkreditə olunmuş və ACS WASC tələblərinə və standartlarına cavab verən yeganə məktəbdir.
ACS WASC (The Accrediting Commission for Schools, Western Association of School and Colleges) – Birləşmiş Ştatlar Dövlət Departamenti tərəfindən tanınan və ABŞ-da altı regional akkreditasiya təşkilatlarından biri olan, Xarici Məktəblər Təşkilatı (Office of Overseas Schools) ilə əməkdaşlıq quran dünyaca məşhur akkreditasiya təşkilatıdır.
ACS WASC Kaliforniya, Havay, Quam, Asiya-Sakit okean regionu ölkələri, Orta Asiya, Afrika və Avropada beynəlxalq məktəblərin yaradılmasını təmin edir.
ACS WASC fəlsəfəsinin məzmununda üç əsas fikir mərkəzləşir:
- Məktəbin hədəfi şagird nailiyyətinə yönəlir;
- Hər məktəbin öz məqsədi və təlim nəticəsi əldə olunur:
- Davamlı qiymətləndirmə prosesi vasitəsilə məktəblərin təkmilləşdirilməsini təşviq edir və müəyyən edilmiş meyarlara uyğun olaraq məqbul keyfiyyət səviyyəsinə cavab verən məktəblərə akkreditasiya verməklə qurumları tanıyır.
ASC WASC akkreditasiya təşkilatı tərəfindən məktəbə qoyulan tələblər bunlardan ibarətdir:
- Məktəbin qarşısına qoyulan məqsədin yerinə yetirilməsi;
- Təlim nəticələrinin əldə olunması;
- Şagird nailiyyətləri haqqında məlumatları təhlil etmək üçün müxtəlif üsullardan istifadə edilməsi;
- Standart və tədqiqatlara əsaslanan WASC meyar və göstəriciləri ilə təlim nəticələrinin izlənməsi, əldə edilməsi və təhlili;
- Əldə edilən nəticələrin məktəbin fəaliyyət planı ilə qarşılaşdırılması;
- Davamlı inkişafın şagird nailiyyətinə təsirinin qiymətləndirilməsi;
- Bütün məktəb liderlərinin, müəllim və şagird kollektivinin təhsil prosesinə cəlb olunması