Azərbaycan və Rus bölmələri proqramı

I – IV siniflər üzrə:

- Tədris Milli Kurrikulum əsasında aparılır:

- Təlim prosesi şagirdlərin hərtərəfli inkişafına və  XXI əsr bacarıqlarına (yaradıcılıq, tənqidi düşünmə, araşdırma, mühakimə etmə, liderlik)  yönəlmişdir. 

- İngilis dili  Azərbaycan və rus bölməsi üzrə Oxford proqramına əsasən həftədə 3 saat olmaqla tədris edilir.

- İngilis dilini mükəmməlləşdirmək məqsədilə Conversion dərsləri III və IV  siniflərdə həftədə 1 saat olmaqla tədris edilir. Şagirdlər hər hansı mövzu (əsər) üzərində müzakirələr edir və sonda həmin əsəri səhnələşdirirlər. Bununla şagirdlərdə dil inkişafı ilə yanaşı həm də səhnə mədəniyyəti inkişaf edir, özgüvən hissi güclənir.

- Çin dili “Chinese Made Easy”  programına əsasən  Azərbaycan bölməsi üzrə həftədə 2 saat olmaqla tədris edilir.

-Türk dili “Yabancılar için türkçe” programına əsasən  Azərbaycan bölməsi üzrə həftədə 2 saat olmaqla tədris edilir.

- Rus dili Azərbaycan bölməsi üzrə həftədə 1 saat olmaqla tədris edilir.

  • STEAM dərsləri I – IV siniflərdə  layihə əsaslı olmaqla riyaziyyat, informatika  və həyat bilgisi fənləri ilə inteqrasiya edilmiş proqram əsasında həftədə 1 saat tədris edilir. Bu dərslərin təşkilində riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilir və dərsin əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaqdır.
  • İnfrormatika fənni “Alqoritmika” və bir sıra robototexnika proqramları, kodlaşdırma və modelləşdirmə bacarıqlarını özündə əks etdirməklə I – IV siniflər üzrə həftədə 2 saat olmaqla tədris edilir. Əldə edilmiş bu bacarıqlar şagirdləri gələcəkdə mühəndislik peşəsinə sövq edir.
  • Azərbaycan və Rus bölmələri üzrə ingilis dilində “Təbiət ” (Science) dərsləri tədris edilir

V – IX siniflər üzrə:

-  Tədris Milli Kurrikulum əsasında aparılır:

  • Təlim prosesi şagirdlərin hərtərəfli inkişafına və  XXI əsr bacarıqlarına (yaradıcılıq, tənqidi düşünmə, araşdırma, mühakimə etmə, liderlik)  yönəlmişdir. 
  • İngilis dili  Azərbaycan və rus bölməsi üzrə Common European Framework of Reference for Languages(CEFR) proqramına əsasən həftədə 5 saat olmaqla tədris edilir.
  • Xarici dili təkmilləşdirmək üçün, məktəbdə mütəmadi olaraq Conversation Club fəaliyyat göstərir.  Bu klublar yerli və xarici mütəxəssislər tərəfindən aparılır.
  • Çin dili “Chinese Made Easy”  programına əsasən  Azərbaycan bölməsi üzrə həftədə 2 saat olmaqla tədris edilir.
  • Türk dili “Yabancılar için türkçe” programına əsasən  Azərbaycan bölməsi üzrə həftədə 2 saat olmaqla tədris edilir.
  • Rus dili Azərbaycan bölməsi üzrə həftədə 1 saat olmaqla tədris edilir.
  • STEAM dərsləri V– VI siniflərdə  layihə əsaslı olmaqla riyaziyyat, informatika  və həyat bilgisi fənləri ilə inteqrasiya edilmiş proqram əsasında həftədə 1 saat tədris edilir. Bu dərslərin təşkilində riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilir və dərsin əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaqdı
  • Azərbaycan və Rus bölmələri üzrə V– VI siniflərdə ingilis dilində “Təbiət ” (Science) dərsləri tədris edilir
  • İnfrormatika fənni “Alqoritmika” və bir sıra robototexnika proqramları, kodlaşdırma və modelləşdirmə bacarıqlarını özündə əks etdirməklə həftədə 2 saat olmaqla tədris edilir. Əldə edilmiş bu bacarıqlar şagirdləri gələcəkdə mühəndislik peşəsinə sövq edir.
  • Ümumi təhsilin ümumi orta təhsil səviyyəsində (VII - IX siniflərdə) təhsil təmayüllər üzrə (humanitar, texniki) təşkil edilir. Təmayüllü siniflərin əsas məqsədi istedadlı şagirdlərin üzə çıxarılması, onların istedad, bilik və bacarıqlarının inkişafıdır.

X-X siniflər üzrə:

  • Tədris Milli Kurikulum əsasında aparılır;
  • Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki) təşkil edilir. Təmayüllər üzrə siniflərdə (humanitar) cədvəl əsasında “Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” fakültativ kursu dərs cədvəlinə salınmaqla tədris olunur.
  • Buraxılış və Qəbul imtahanlarına DİM-in proqramı əsasında xüsusi hazırlıq təşkil olunur. Dövlət İmtahan Mərkəzinin ən son buraxılış və qəbul imtahanları formatına uyğun mövzu və ümumi sınaq imtahanları keçirilir.
  • Bakı Modern Təhsil Kompleksində Azərbaycan məktəblərində ilk və tək olan Nanotexnologiya laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada elmi tədqiqat işləri, layihələrin hazırlanması, o cümlədən nanohissəciklərin sintezi həyata keçirilir. Laboratoriyada həmçinin müxtəlif kimyəvi sintez və analiz avadanlıqları mö Bu elmi işlər və təcrübələr növbəti mərhələdə şagirdlərin müxtəlif Respublika və Beynəlxalq layihə olimpiadalarında iştirakını təmin edir.
  • Xüsusi istedada malik BMTK şagirdləri seçilərək Respublika Fənn Müsabiqələri, Respublika Fənn Olimpiadalarında və başqa müsabiqə və yarışlarda iştirakı və hazırlığı həyata keçirilir. Məntiq, riyaziyyat, kimya, fizika, informatika və digər fənlərdən olimpiada hazırlıq məşğələləri həftə içi dərslərdən sonra və həftə sonları təşkil edilir. 
  • Xaricdə təhsil almaq istəyən şagirdlər üçün əlavə hazırlıq proqramları (SAT, TOEFL, IELTS, YÖS) təşkil olunur
  • Şagirdlərin fiziki-psixoloji və estetik  inkişafı üçün üzgüçülük, basketbol, futbol, stolüstü tennis, güləş,  art, toxuculuq məşğələləri təşkil edilir.