Anastasiya Shegolkova BMKT-də Çin dili müəllimi kimi fəaliyyətə başlayıb
Anastasiya Shegolkova Bakı Modern Təhsil Kompleksinin beynəlxalq müəllim heyətinə Çin dili müəllimi kimi qoşulub.
O, Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb və Çin üzrə ixtisaslaşıb. Anastasiya, həmçinin Çində yerləşən Tourism College of Zhejiangda təhsil alıb.
Anastasiya müxtəlif yaş və səviyyələrdə şagirdlərə Çin dilinin tədrisi üzrə təcrübəyə malikdir. O, şagirdləri HSK imtahanlarına hazırlayır və onların uğurlu nəticələr əldə etmələrinə dəstək olur.
