Bakı Moderndə 2026–2027-ci tədris ili üzrə AP imtahanlarına qeydiyyat başlayır
Bakı Modern Təhsil Kompleksi Azərbaycanın rəsmi AP İmtahan Mərkəzi kimi 2026–2027-ci tədris ili üzrə AP imtahanlarına qeydiyyatı elan edib.
AP proqramı ABŞ, Böyük Britaniya, Kanada, Avropa və dünyanın nüfuzlu universitetləri tərəfindən tanınan ən prestijli beynəlxalq akademik proqramlardan biridir. Proqram tələbələrə akademik hazırlıqlarını nümayiş etdirməyə və seçdikləri ixtisas üzrə daha dərin bilik əldə etməyə imkan verir.
Qeydiyyatın başlanması və imtahan sifarişlərinin yaradılması 2026-cı ilin sentyabrında nəzərdə tutulur. Qeydiyyat mərhələsi 2026-cı ilin oktyabr–noyabr aylarında keçiriləcək. AP imtahanlarının 3–14 may 2027-ci il tarixlərində keçirilməsi gözlənilir. AP universitet müraciətlərində akademik üstünlük, bəzi universitetlərdə isə kredit və dərs azadolmaları imkanı yarada bilər.
Rəsmi AP İmtahan Mərkəzi olaraq Bakı Modern Təhsil Kompleksi beynəlxalq standartlara uyğun təhlükəsiz və peşəkar imtahan mühiti təqdim edir.
