Ayşən Səfərova İtaliyada NABA universitetinə qəbul olub
Şagirdimiz Ayşən Səfərova İtaliyanın incəsənət sahəsində nüfuzlu ali təhsil müəssisələrindən biri olan Nuova Accademia di Belle Arti (NABA) universitetinə qəbul olub.
Milan və Romada yerləşən NABA dizayn, moda, incəsənət və kreativ sahələr üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli ali təhsil müəssisəsidir. Universitet innovativ yanaşması və praktik yönümlü tədrisi ilə tanınır.
Ayşəni və Xaricdə təhsil komandamızı bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona gələcək həyatında uğurlar arzulayırıq.
