Baby Plaza və Modern Uşaq Akademiyası yeni tədris ilinə hazırlıqları müzakirə edib
Bu gün Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Baby Plaza Uşaq Bağçası və Modern Uşaq Akademiyasının müəllim heyəti və kollektivi ilə yeni tədris ili öncəsi görüş keçirilib.
Görüş zamanı kollektivə yeni qoşulan müəllimlər təqdim olunub, qarşıdakı tədris ili üzrə əsas fəaliyyət istiqamətləri, tədris prosesinin təşkili, inkişaf planları və yeni hədəflər müzakirə edilib.
Görüşün məqsədi vahid komanda olaraq yeni tədris ilinə hazırlığı gücləndirmək, qarşıya qoyulan məqsədləri müəyyənləşdirmək və uşaqlar üçün daha keyfiyyətli, müasir və inkişafyönümlü təhsil mühiti formalaşdırmaq olub.
Yeni tədris ilinə yeni ideyalar, yeni hədəflər və güclü komanda ruhu ilə başlanılır.












