Bakı Modern 2025-ci il təqaüd proqramının qalibini elan edib

View on Instagram

Bakı Modern Təhsil Kompleksi 2025-ci il üzrə təqaüd proqramının nəticələrini açıqlayıb. Proqram IB Diploma Programme çərçivəsində 11–12-ci sinif şagirdlərini əhatə edib.

Seçim mərhələsinin nəticələrinə əsasən, Aymar Babayev 60% təqaüd qazanaraq IB DP1 proqramına qəbul olunub. Aymar Azərbaycanda M. Rəhim adına 7 nömrəli tam orta məktəbin şagirdidir.

Təqaüd qazanan şagird hazırda təhsilini IB DP1 proqramında davam etdirir. Yeni təqaüd proqramına müraciətlər istedadlı və motivasiyalı şagirdlər üçün artıq açıqdır.