Bakı Modern SAT və AP imtahan mərkəzi kimi fəaliyyətini genişləndirir

View on Instagram

Bakı Modern Təhsil Kompleksi artıq dörd ildir rəsmi SAT imtahan mərkəzi kimi fəaliyyət göstərir və bu ildən etibarən Advanced Placement (AP) imtahan mərkəzidir.

Bu, şagirdlərə beynəlxalq səviyyədə tanınan bu imtahanları məhz Kompleksdə rahat və peşəkar mühitdə vermək imkanı yaradır.

İmtahan prosesi beynəlxalq standartlara uyğun təşkil olunur, təhlükəsiz mühit, peşəkar nəzarət və yüksək təşkilatçılıq təmin edilir.