Bakı Modern Təhsil Kompleksində 1-ci siniflərin Məzun Günü qeyd olunub
Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələrinin 1-ci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Balaca məzunlarımız bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq təbəssümləri bu günü daha da yaddaqalan edib.
Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.
