Bakı Modern Təhsil Kompleksində birincilər üçün Məzun Günü qeyd olunub
Bu gün Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələrinin birinci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Balaca məzunlarımız bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan edib.
Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında bol uğurlar arzulayırıq!
