Bakı Moderndə I sinif şagirdləri üçün Məzun Günü keçirilib

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Azərbaycan, Rus və İngilis bölmələrinin I sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək.

Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.