Bakı Modern Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
26 fevral Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür.
1992-ci il 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində yüzlərlə insan həyatını itirib, ailələr faciələrlə üzləşib və insanlıq dəyərlərinə qarşı ağır cinayət baş verib. Bakı Modern Təhsil Kompleksi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, tariximizin bu ağrılı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının və yaddaşlarda yaşadılmasının hər birimizin məsuliyyəti olduğunu vurğulayır.
