Bakı Modern Təhsil Kompleksi rəsmi AP imtahan mərkəzi statusu əldə edib

View on Instagram

Bakı Modern Təhsil Kompleksi rəsmi olaraq Advanced Placement (AP) imtahan mərkəzi statusu əldə edib.

Bu status məktəbin beynəlxalq akademik standartlara uyğunluğunun və qlobal təhsil platformalarında etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Şagirdlər artıq AP imtahanlarını birbaşa məktəblərində, rəsmi və akkreditə olunmuş mərkəzdə verə biləcəklər.

AP proqramı şagirdlərə məktəb dövründə universitet səviyyəli fənləri öyrənmək, beynəlxalq universitet müraciətlərində üstünlük qazanmaq, kredit əldə etmək, akademik profillərini gücləndirmək və qlobal rəqabətə hazırlaşmaq imkanı yaradır. Bakı Modern Təhsil Kompleksi şagirdlərini dünya səviyyəli akademik imkanlarla təmin etməyi və onları aparıcı universitetlərə hazırlamağı qarşıya məqsəd qoyur.