Bakı Modern Təhsil Kompleksi məzunlarının universitet uğurlarını qeyd etdi
Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələri üzrə 61 məzunun iştirakı ilə Məzun Günü təntənəli şəkildə qeyd olundu.
100% universitet qəbulu göstəricisi ilə fərqlənən məzunlarımız ABŞ, Böyük Britaniya, Avropa, Çin və Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu universitetlərindən qəbul və təqaüd təklifləri əldə ediblər.
Məzun Günü yalnız vida deyil, həm də yeni yolların, böyük hədəflərin və gələcək uğurların başlanğıcı oldu. Məzunlarımız yeni imkanlara doğru addımlayaraq qarşıdakı həyat mərhələsinə qədəm qoydular.

















