Bakı Modern Təhsil Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Modern Təhsil Kompleksində böyük sevinc və coşqu ilə qeyd olunub.
Şagirdlər üçün maraqlı fəaliyyətlər, əyləncəli proqramlar və unudulmaz anlar təşkil edilib. Uşaqların sevinc dolu təbəssümləri və xoş emosiyaları bayrama xüsusi rəng qatıb.
Kompleks bütün uşaqların sağlam, xoşbəxt və uğurlu gələcək naminə böyüməsini arzulayıb, onların hüquqlarının və rifahının qorunmasının vacibliyini bir daha vurğulayıb.













