Bakı Modern Təhsil Kompleksinin 2026-cı il məzunları uğurlarını qeyd etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələri üzrə 61 məzunun iştirakı ilə Məzun Günü təntənəli şəkildə qeyd olundu.

100% universitet qəbulu göstəricisi ilə fərqlənən məzunlarımız ABŞ, Böyük Britaniya, Avropa, Çin və Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu universitetlərindən qəbul və təqaüd təklifləri əldə edərək məktəbimizin uğur tarixində daha bir parlaq səhifə yazıblar.

Məzun Günü yalnız vida deyil, həm də yeni imkanların, böyük hədəflərin və gələcək uğurların başlanğıcı oldu. Məzunlarımız həyatlarının növbəti mərhələsinə qədəm qoydular.