Bakı Modern Təhsil Kompleksində 2026-cı il məzunlarının buraxılışı qeyd olundu
Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələrindən 61 məzunun iştirakı ilə Məzun Günü təntənəli şəkildə qeyd olundu.
100% universitet qəbulu göstəricisi ilə fərqlənən məzunlar ABŞ, Böyük Britaniya, Avropa, Çin və Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu universitetlərindən qəbul və təqaüd təklifləri əldə ediblər.
Məzun Günü yalnız vida deyil, həm də yeni imkanların, böyük hədəflərin və gələcək uğurların başlanğıcı oldu. Məzunlar həyatlarının növbəti mərhələsinə qədəm qoydular.







