Bakı Modern Təhsil Kompleksində “Şən Delfinlər” üzgüçülük yarışı keçirilib

View on Instagram

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş və may ayı ərzində keçirilən silsilə tədbirlər çərçivəsində Bakı Modern Təhsil Kompleksi “Şən Delfinlər” üzgüçülük yarışını təşkil edib.

Yarışda Bakı Modern Təhsil Kompleksinin şagirdləri ilə yanaşı, Kompleksin nəzdində fəaliyyət göstərən Modern Uşaq Akademiyası və Baby Plaza Uşaq Bağçasının şagirdləri də fəal iştirak ediblər.

Balaca iştirakçılar yarış boyunca öz bacarıqlarını və idman ruhunu nümayiş etdirərək I, II və III yerlərə layiq görülüblər. Qaliblərimizi təbrik edir, bütün iştirakçılarımıza yeni uğurlar arzulayırıq.