Bakı Modern Təhsil Kompleksi AP akademik komandası ilə tanış edir

View on Instagram

Rəsmi AP (Advanced Placement) İmtahan Mərkəzi olan Bakı Modern Təhsil Kompleksi yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik AP akademik komandasını təqdim edib.

AP Calculus, AP History və AP Biology müəllimləri, eləcə də AP Coordinator şagirdlərə yalnız imtahan hazırlığı deyil, həm də tənqidi düşünmə, analitik yanaşma və universitet səviyyəsində akademik bacarıqlar qazandıran müasir tədris mühiti təqdim edirlər.

Beynəlxalq səviyyədə tanınan AP proqramı şagirdlərə dünyanın aparıcı universitetlərinin qəbul prosesində rəqabət üstünlüyü qazanmağa və gələcək akademik və peşəkar uğurlara hazırlaşmağa imkan yaradır.

Güclü müəllim heyəti, strateji akademik dəstək və fərdi yanaşma ilə Bakı Modern Təhsil Kompleksi şagirdlərin qlobal təhsil imkanlarına doğru irəliləməsinə dəstək olur.