Bakı Modern Təhsil Kompleksi AP akademik komandasını təqdim edir
Rəsmi AP (Advanced Placement) İmtahan Mərkəzi olan Bakı Modern Təhsil Kompleksi yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik AP akademik komandasını təqdim edib.
AP Calculus, AP History və AP Biology müəllimləri, eləcə də AP Coordinator şagirdlərə yalnız imtahan hazırlığı deyil, həmçinin tənqidi düşünmə, analitik yanaşma və universitet səviyyəsində akademik bacarıqları inkişaf etdirən müasir tədris mühiti təqdim edirlər.
Beynəlxalq səviyyədə tanınan AP proqramı şagirdlərə dünyanın aparıcı universitetlərinə qəbul prosesində rəqabət üstünlüyü qazandırır və onları gələcək akademik və peşəkar uğurlara hazırlayır. Güclü müəllim heyəti, strateji akademik dəstək və fərdi yanaşma ilə Bakı Modern Təhsil Kompleksi şagirdlərin qlobal təhsil imkanlarına doğru irəliləməsinə dəstək olur.
