Bakı Modern Təhsil Kompleksi “Yer saatı” aksiyasına qoşuldu
Martın 28-də dünyanın hər yerində milyonlarla insan planetə qayğı və sevgilərini nümayiş etdirmək üçün işıqları bir saatlıq söndürür.
İctimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltmək və enerjiyə qənaəti təşviq etmək məqsədi daşıyan “Yer saatı” aksiyası Bakı Modern Təhsil Kompleksinin ərazisində də keçirilib.
Bir saat ərzində Kompleksin binalarının fasad işıqları söndürülüb. Azərbaycanda “Yer saatı” ekoloji aksiyası rəsmi olaraq 2011-ci ildən qeyd olunur.
