Bakı Modern Təhsil Kompleksi Superliqa 2026 turnirində iştirak edib

View on Instagram

Bakı Modern Təhsil Kompleksi Evrika, Landau, Hədəf, Dünya, İstanbul Liseyi, Kaspi və Yaşam Məktəbi kimi təhsil müəssisələrinin iştirak etdiyi “Superliqa 2026” turnirində təmsil olunub.

Şagirdlər turnir boyu komanda işi, intizam, strateji düşüncə və idman mədəniyyəti bacarıqlarını nümayiş etdirərək yüksək səviyyəli oyun göstəriblər. Qarşılaşmalardakı performans məktəbin idman sahəsində formalaşan potensialını və inkişaf dinamikasını əks etdirib.

Məktəb şagirdləri ilə qürur duyduğunu və onların gələcək uğurlarına inandığını bildirib.