Bakı Modern Təhsil Kompleksi akademik sistemini təqdim edir
Bakı Modern Təhsil Kompleksi standartların müəyyən edildiyi, nəticələrin ölçüldüyü və gələcəyin strateji şəkildə planlandığı bir mühit təqdim edir. Kompleksin akademik sisteminə Cambridge və IB proqramları, həmçinin dünyanın aparıcı universitetlərinə çıxış imkanı yaradan rəsmi SAT və AP Mərkəzi daxildir.
Sistem IELTS, TOEFL, SAT, AP, RFO, “Sabahın Alimləri” və DİM proqramlarını da birləşdirir və əlavə repetitora ehtiyac olmadan maksimum nəticə əldə etməyi hədəfləyir. Fibonacci International kompleksin beynəlxalq arenada sübut olunmuş intellektual üstünlüyünün bir hissəsi kimi təqdim olunur.
Videoda qeyd olunur ki, şagirdlər sistemli düşünməyi, analiz etməyi və qərar verməyi öyrənirlər. Kompleks öz nəticələrini təsadüfün deyil, əvvəlcədən qurulmuş sistemin nəticəsi kimi xarakterizə edir.
