Bakı Modern Təhsil Kompleksinin layihəsi TEKNOFEST 2026 finalına vəsiqə qazandı

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Ölçmə və Dəyərləndirmə üzrə baş mütəxəssisi Fatma Tuba Er Yağlı və komandası HelixAI – FUZZY-GENOMICS layihəsi ilə TEKNOFEST 2026 Səhiyyədə Süni İntellekt Müsabiqəsinin finalına vəsiqə qazanıblar.

Layihə genetik variantların xəstəliklə əlaqəsini süni intellekt vasitəsilə daha dəqiq və etibarlı şəkildə qiymətləndirməyi hədəfləyir. Layihə minlərlə iş arasından seçilərək finalçılar sırasında yer alıb.

Əməkdaşımızı və komandasını bu mühüm nailiyyət münasibətilə təbrik edir, TEKNOFEST 2026 finalında uğurlar arzulayırıq.