Bakı Modern Təhsil Kompleksində sınaq dərsləri ilə Açıq Qapı Günü keçiriləcək
Bakı Modern Təhsil Kompleksində 17 aprel tarixində bütün təhsil müəssisələrinin bağça, məktəbəqədər təhsil pilləsi və I–XII sinif şagirdləri, eləcə də onların valideynləri üçün Açıq Qapı Günü keçiriləcək.
İştirakçılar kompleksin müasir təhsil mühiti, innovativ yanaşmaları, infrastrukturu və bütün təhsil pillələrini əhatə edən proqramları ilə tanış olacaqlar. Proqram çərçivəsində nümunəvi dərslər, interaktiv fəaliyyətlər və bir günlük sınaq dərsi imkanı təqdim ediləcək.
Valideynlər suallarına ətraflı cavab ala və övladları üçün gələcək təhsil mühitini qiymətləndirə biləcəklər. Tədbir Bakı Modern Təhsil Kompleksində keçiriləcək.
