Bakı Modern Təhsil Kompleksi liderliyi təşviq etmək üçün CEO–Direktor kürsüsünü şagirdə təhvil verdi

View on Instagram

Bakı Modern Təhsil Kompleksi liderlik bacarıqlarının inkişafına yönəlmiş təşəbbüs çərçivəsində CEO–Direktor kürsüsünü şagirdlərindən birinə təhvil verib.

Təşəbbüs şagirdlərin məsuliyyət hissini artırmaq, qərarvermə bacarıqlarını inkişaf etdirmək və onların gələcəyin liderləri kimi yetişməsinə dəstək olmaq məqsədi daşıyır. Məktəb bu addımı gənc nəslə olan inam və etibarın göstəricisi kimi qiymətləndirir.

Bakı Modern Təhsil Kompleksi 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbriklərini çatdırır.