Bakı Moderndə yuxarı sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib
Bakı Modern Təhsil Kompleksində yuxarı sinif şagirdlərinin valideynləri ilə növbəti görüş keçirilib.
Görüş zamanı şagirdlərin akademik göstəriciləri, tədrisdə irəliləyişləri və qarşıdakı təhsil hədəfləri müzakirə olunub.
Mütəmadi keçirilən bu görüşlər valideynlərə övladlarının akademik inkişafını yaxından izləməyə və məktəblə əməkdaşlığı gücləndirməyə imkan yaradır.














