Bakı Modern 2026-cı il Fibonacci Robot Olimpiadasının Azərbaycan Çempionatına ev sahibliyi etdi
Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə Fibonacci International Robot Olympiad – Azərbaycan Çempionatı 2026 böyük maraq və geniş iştirakla keçirilib.
Çempionatda 43 məktəb, 286 komanda, 1 350 şagird və ümumilikdə 2 978 iştirakçı bir araya gəlib.
Tədbir gənclərin robototexnika, mühəndislik və innovasiya sahələrində potensiallarını nümayiş etdirmələri üçün mühüm platforma olub. Məktəb bu uğura töhfə verən bütün şagirdlərə, müəllimlərə, mentorlara və tərəfdaşlara təşəkkür edib.
