BMTK-nın IB DP şagirdi University College London-a qəbul olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin IB DP proqramı üzrə təhsil alan şagirdi Zeynep Naz Coşkun dünyanın nüfuzlu universitetlərindən biri olan University College London-a (UCL) qəbul olunub.

Şagirdimiz IB DP proqramı çərçivəsində əldə etdiyi yüksək nəticələr əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb. Zeynep Naz Coşkunu və Xaricdə təhsil komandamızı təbrik edir, onlara davamlı uğurlar arzulayırıq.