Bakı Modern Təhsil Kompleksi AP akademik komandasını təqdim edir

View on Instagram

Rəsmi AP (Advanced Placement) İmtahan Mərkəzi kimi fəaliyyət göstərən Bakı Modern Təhsil Kompleksi yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik AP akademik komandasını təqdim edib.

AP Calculus, AP History və AP Biology müəllimləri, eləcə də AP Coordinator şagirdlərə yalnız imtahan hazırlığı deyil, həm də tənqidi düşünmə, analitik yanaşma və universitet səviyyəsində akademik bacarıqlar qazandıran müasir tədris mühiti təqdim edirlər.

Beynəlxalq səviyyədə tanınan AP proqramı şagirdlərə dünyanın aparıcı universitetlərinin qəbul prosesində rəqabət üstünlüyü qazandırır və onları gələcək akademik və peşəkar uğurlara hazırlayır. Güclü müəllim heyəti, strateji akademik dəstək və fərdi yanaşma ilə Bakı Modern Təhsil Kompleksi şagirdlərini qlobal təhsil imkanlarına aparan yolda dəstəkləyir.