Bakı Modern Təhsil Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

View on Instagram

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Modern Təhsil Kompleksində böyük sevinc və coşqu ilə qeyd olunub.

Bu xüsusi gün münasibətilə şagirdlər üçün maraqlı fəaliyyətlər, əyləncəli proqramlar və unudulmaz anlar təşkil edilib. Uşaqların sevinc dolu təbəssümləri və xoş emosiyaları bayrama xüsusi rəng qatıb.

Bütün uşaqların sağlam, xoşbəxt və uğurlu gələcək naminə böyüməsini arzulayır, onların hüquqlarının və rifahının daim qorunmasının vacibliyini bir daha vurğulayırıq.