Bakı Modern Təhsil Kompleksində AP proqramına qəbul başladı
Bakı Modern Təhsil Kompleksində, rəsmi AP İmtahan Mərkəzində Advanced Placement (AP) proqramına qəbul başlayıb.
Proqram şagirdlərə universitet səviyyəsində təhsil, rəsmi AP proqramı və imtahan hazırlığı, beynəlxalq səviyyədə tanınan kvalifikasiyalar, eləcə də təcrübəli AP müəllimlərinin dəstəyini təqdim edir.
AP təhsili ABŞ, Kanada, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərinə müraciətləri gücləndirə bilər.
