Bakı Moderndə ibtidai sinif şagirdlərinin nailiyyətləri qeyd olunub
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımilində yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər yüksək nailiyyətlərinə görə təltif olunublar. Bu uğurlar şagirdlərin məqsədyönlü fəaliyyəti və davamlı zəhməti, məktəbin keyfiyyətli təhsil mühiti, eləcə də valideyn və məktəb əməkdaşlığının nəticəsi kimi dəyərləndirilib.
Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilərək gələcək təhsil həyatlarında davamlı uğurlar arzulanıb.







