Bakı Modern şagirdi Erasmus University Rotterdam-a qəbul olunub

View on Instagram

Şagirdimiz Hüseyn Cəlilov Avropanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Erasmus University Rotterdam-a qəbul olunub.

Niderlandda yerləşən universitet xüsusilə iqtisadiyyat, biznes və sosial elmlər sahələrində güclü təhsili və beynəlxalq nüfuzu ilə tanınır.

Bakı Modern olaraq Hüseyni və Xaricdə Təhsil komandamızı bu nailiyyət münasibətilə təbrik edir, onlara davamlı uğurlar arzulayırıq.