Bakı Modern şagirdi King’s College London universitetinə qəbul olunub
Bakı Modern şagirdi Anar Abasov Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan King’s College London universitetinə qəbul olunub.
İnnovasiya, tədqiqat və praktiki yönümlü tədrisi ilə tanınan King’s College London beynəlxalq reytinqlərdə ilk sıralarda yer alan universitetlərdəndir. Anarı və Xaricdə Təhsil komandamızı bu möhtəşəm nailiyyət münasibətilə təbrik edir, onlara davamlı uğurlar arzulayırıq.
