Bakı Modern şagirdləri Fibonacci Avrasiya Robot Olimpiadasına vəsiqə qazandılar

View on Instagram

7–8 mart 2026-cı il tarixlərində keçirilən Fibonacci Azərbaycan Çempionatında yüksək nəticələr əldə edən Bakı Modern Təhsil Kompleksinin şagirdləri ilə qürur duyuruq.

I, II, III yerlərə və münsiflər heyətinin xüsusi mükafatına layiq görülən komandalarımız Türkiyənin Antalya şəhərində keçiriləcək Fibonacci Avrasiya Robot Olimpiadasında Azərbaycanı və məktəbimizi təmsil edəcəklər.

Bu mərhələdə uğur qazanan iştirakçılar İtaliyanın Roma şəhərində keçiriləcək Fibonacci Dünya Çempionatının finalına vəsiqə əldə edəcəklər. Şagirdlərimizə uğurlar arzulayır və göstərilən dəstəyə görə təşəkkür edirik.