Şagirdlərimiz Barselonada keçirilən beynəlxalq riyaziyyat olimpiadasında imtahan mərhələsini tamamlayıblar
Şagirdlərimiz İspaniyanın Barselona şəhərində La Salle Universitetinin ev sahibliyi ilə keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak edərək imtahan mərhələsini tamamlayıblar.
Beynəlxalq arenada ölkəmizi təmsil edən şagirdlərimizə uğurlar arzulayırıq. İnanırıq ki, onların əldə edəcəkləri nəticələr zəhmət və əzmlərinin gözəl göstəricisi olacaq.
Azərbaycanı beynəlxalq elm və təhsil platformalarında təmsil edən bütün iştirakçılarımıza uğurlar arzulayırıq.
