Bakı Modern şagirdləri FAB Boya zavodunda istehsal prosesi ilə tanış olublar

View on Instagram

Nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək məqsədilə Bakı Modern Təhsil Kompleksinin şagirdləri FAB Boya zavoduna ekskursiya ediblər.

Ekskursiya zamanı şagirdlər istehsal prosesinin müxtəlif mərhələləri, müasir texnologiyalar, keyfiyyətə nəzarət sistemləri və sənaye sahəsində tətbiq olunan innovativ yanaşmalarla tanış olublar.