Bakı Modern şagirdləri beynəlxalq riyaziyyat və STEAM olimpiadası üçün Barselonaya yola düşüblər

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdləri 2–6 iyun tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək Fibonacci Beynəlxalq Riyaziyyat və STEAM Olimpiadasında iştirak etmək üçün yola düşüblər.

Şagirdlərimiz bu nüfuzlu beynəlxalq platformada bilik və bacarıqlarını nümayiş etdirərək Azərbaycanı və məktəbimizi təmsil edəcəklər. Onlara uğurlar arzulayır, olimpiada boyunca yüksək nailiyyətlər qazanacaqlarına inanırıq.