Bakı Modern şagirdləri yaşıl gələcək naminə ağacəkmə aksiyasına qatıldılar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yaşıl Gələcək Naminə” ağacəkmə aksiyasında iştirak etdilər.

Ekoloji dəyərlərin təbliği, təbiətin qorunması və gələcək nəsillər üçün daha sağlam həyat mühitinin formalaşdırılması məqsədi daşıyan təşəbbüs şagirdlərin vətəndaş məsuliyyətini və ətraf mühitə həssas yanaşmasını bir daha nümayiş etdirdi.