Bakı Modern şagirdləri ibtidai təhsil mərhələsini başa vurublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin İngilis bölməsinin 5-ci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl olacaq.

Məzunlarımızı təbrik edir, onlara təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.