Bakı Modern şagirdləri Əfqanıstanda 500 uşaq üçün iftar süfrəsi açıblar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdləri adından Əfqanıstanda 500 nəfər məktəbəqədər və məktəbli uşaq üçün iftar süfrəsi açılıb.

Əfqanıstan son illərdə dünyanın ən kəskin humanitar böhranlarından biri ilə üzləşib. BMT-nin Ümumdünya Ərzaq Proqramına görə, 17 milyondan çox əfqan, yəni əhalinin üçdə biri kəskin qida çatışmazlığı ilə üzləşir.

Bakı Modern Təhsil Kompleksinin şagirdləri yerli və beynəlxalq həmyaşıdlarına dəstək göstərməkdə davam edirlər.