Bakı Modern şagirdləri GERIO 2026 olimpiadasında iştirak hüququ qazanıblar
Beynəlxalq olimpiadalarda fəal iştirak edən Bakı Modern Təhsil Kompleksinin şagirdləri Azərbaycan Respublikasını təmsil etmək üçün 4–7 may tarixlərində Daşkənddə keçiriləcək Great Eastern Renaissance International Olympiad (GERIO 2026) adlı beynəlxalq olimpiadada iştirak hüququ qazanıblar.
Olimpiadanın əsas məqsədi Şərq Renessansının elmi, mədəni və intellektual irsini beynəlxalq səviyyədə təbliğ etmək və Türk Dünyasının şagirdləri arasında mühüm platforma yaratmaqdır. Şagirdlərimizə uğurlar arzulayırıq.
