Bakı Modern şagirdləri Fibonacci robotika yarışlarında beynəlxalq mərhələyə vəsiqə qazanıblar
Bakı Modern Təhsil Kompleksi 7–8 mart 2026-cı il tarixlərində keçirilən Fibonacci Azərbaycan Çempionatında yüksək nəticələr əldə edən şagirdləri ilə qürur duyur.
I, II, III yerlərə və münsiflər heyətinin xüsusi mükafatına layiq görülən komandalar Türkiyənin Antalya şəhərində keçiriləcək Fibonacci Avrasiya Robot Olimpiadasında Azərbaycanı və məktəbi təmsil edəcəklər.
Bu mərhələdə uğur qazanan iştirakçılar isə İtaliyanın Roma şəhərində keçiriləcək Fibonacci Dünya Çempionatının finalına vəsiqə əldə edəcəklər. Şagirdlərimizə uğurlar arzulayır və göstərilən dəstəyə görə təşəkkür edirik.












