Bakı Modern şagirdləri Əfqanıstanda ərzaq çatışmazlığı ilə üzləşən uşaqlara dəstək olublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdləri adından Əfqanıstanda uşaqlara 200 çörək paylanılıb.

Əfqanıstan son illərdə dünyanın ən kəskin humanitar böhranlarından biri ilə üzləşib. BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 17 milyondan çox əfqan, yəni əhalinin üçdə biri kəskin qida çatışmazlığı ilə üzləşib.

Bakı Modern Təhsil Kompleksinin şagirdləri yerli və beynəlxalq həmyaşıdlarına dəstək göstərməkdə davam edirlər.