Bakı Modern şagirdləri Uqandada aclıqla üzləşən uşaqlara dəstək olublar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri adından Afrikanın Uqanda ölkəsində 200 məktəbəqədər və məktəbli uşaq üçün iftar süfrəsi açılıb.
Uqandada quraqlıq və ərzaq qıtlığı səbəbindən ciddi aclıq böhranı yaşanır. Son illərdə minlərlə insan aclıqdan həyatını itirib, 1,5 milyondan çox insan isə aclıq təhlükəsi ilə üz-üzədir. BMT və humanitar təşkilatlar bölgəyə təcili yardım çağırışları edir.
Bakı Modern Təhsil Kompleksinin şagirdləri yerli və beynəlxalq həmyaşıdlarına dəstək olmağa davam edirlər.


