Bakı Modern şagirdləri Uqandada uşaqlar üçün iftar süfrəsi açıblar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri adından Afrikanın Uqanda ölkəsində 200 məktəbəqədər və məktəbli uşaq üçün iftar süfrəsi açılıb.
Uqandada quraqlıq və ərzaq qıtlığı səbəbindən ciddi aclıq böhranı yaşanır. Bakı Modern Təhsil Kompleksinin şagirdləri yerli və beynəlxalq həmyaşıdlarına dəstək olmağa davam edirlər.












