Bakı Modern şagirdləri Yəməndə su qıtlığından əziyyət çəkən ailələrə dəstək oldular

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdləri adından Yəmənin müxtəlif məhəllələrində içməli suya ehtiyacı olan ailələrə bir tanker su paylanılıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, davam edən münaqişələr və coğrafi şərait səbəbindən Yəmən dünyada ən ağır su qıtlığı yaşayan ölkələrdən biridir. 15 milyondan çox yəmənli — əhalinin yarısı — təmiz içməli suya çıxışın olmaması səbəbindən ölümcül xəstəliklər riski ilə üz-üzədir. Səna kimi şəhərlərdə vəziyyət kritik olaraq qalır.

Bakı Modern Təhsil Kompleksinin şagirdləri yerli və beynəlxalq həmyaşıdlarına dəstək olmağa davam edirlər.