Bakı Modern şagirdləri Yəməndə su qıtlığından əziyyət çəkən ailələrə dəstək olublar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri adından Yəməndə suya ehtiyacı olan ailələrə bir tanker içməli su paylanıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, davam edən münaqişələr və coğrafi şərait səbəbindən Yəmən dünyada ən ağır su qıtlığı yaşayan ölkələrdən biridir. 15 milyondan çox yəmənli, yəni əhalinin yarısı, təmiz içməli suya çıxışın olmaması səbəbindən ölümcül xəstəliklər riski ilə üz-üzədir. Səna kimi şəhərlərdə vəziyyət kritikdir.
Bakı Modern Təhsil Kompleksinin şagirdləri yerli və beynəlxalq həmyaşıdlarına dəstək olmaqda davam edirlər.



