Bakı Modern Yay Məktəbində öyrənmə, yaradıcılıq və macəra

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Yay Məktəbi uşaqlara vaxtlarını səmərəli keçirməklə yanaşı, yeni bacarıqlar qazanmaq, xarici dil biliklərini inkişaf etdirmək və öz potensiallarını kəşf etmək imkanı yaradır.

Zəngin və dinamik gündəlik proqram çərçivəsində şagirdlər İngilis, Çin və İspan dillərini öyrənir, STEAM və robotexnika layihələrində iştirak edir, yaradıcılıq və incəsənət fəaliyyətlərinə qoşulur, üzgüçülük məşğələlərinə qatılır, ekskursiyalar və komanda oyunları vasitəsilə unudulmaz yay xatirələri toplayırlar.

Proqram peşəkar müəllim və mentorların nəzarəti altında, təhlükəsiz və müasir təhsil mühitində həyata keçirilir. Məktəb üçün yay tətili sadəcə istirahət deyil, həm də gələcəyə hazırlığın bir hissəsidir.